Naməlum kəndirbaz "Alov qüllələri”nin üstündə gəzdi - VIDEO

11 Mart, 2020 15:55 | Sosial | Baxış sayı: 212

Küləkli Bakı havasında iki qüllənin arasından keçməyə cəhd edib

Bakı sakinləri qeyri-adi hadisənin şahidi olublar.

İstiPress Oxu.Az-a istinadən xəbər verir ki, naməlum kəndirbaz "Alov qüllələri”nə qalxaraq, orada "ölüm rəqsi” sərgiləyib.

Kadrlardan göründüyü kimi, kəndirbaz küləkli Bakı havasında iki qüllənin arasından keçməyə cəhd edir.

Qeyd etmək lazımdır ki, onun məharəti həm yerdən, həm də helikopter vasitəsilə qeydə alınıb.