Yarım metrlik qar bu kənddə yolu bağladı FOTO

11 Fevral, 2020 09:40 | Sosial | Baxış sayı: 330
Çovğun
Çovğun

Çovğun qarı yola sovurub

Qar Qubada nəqliyyatın hərəkətini iflic etdi. İstiPress-in Şimal bürosunun məlumatına görə, Qubanın dağlıq ərazidə yerləşən Dalıqaya kəndinə güclü qar düşdüyündən nəqliyyatın hərəkətində ciddi çətinlik yaranıb. Kənddən rayon mərkəzinə gedən yolu qar bağlayıb.

Kəndə yarım metrə qədər qar yağıb. Qar çovğunla müşahidə olunduğundan külək qarı yola sovurub və yol bağlanıb. Sakinlərin sözlərinə görə, güclü qar səbəbindən uşaqlar qonşu Zıxır kəndindəki məktəbə getməkdə də çətinlik çəkirlər.

Quba FHK sədri, İH başçısının 1-ci müavini Allahverdi Xudaverdiyev məsələdən xəbərdar olduğunu bildirib. Onun sözlərinə görə, adıçəkilən kəndə lazımi texnika göndəriləcək və yolun açılması təmin olunacaq.