Bakıda hələ belə keçid olmayıb FOTOLAR

11 Fevral, 2020 09:30 | Sosial | Baxış sayı: 473
Keçid
Keçid

Hər birinin uzunluğu 70.92 metr olan iki aşırım olacaq

Bakıda analoqu olmayan keçid tikilir. Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, Bakı şəhəri, Tbilisi prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində yerüstü piyada keçidinin tikintisinə başlanılır.  Yerüstü piyada keçidinin aşırım hisəsi üstü açıq olmaqla metal konstruksiyalıdır.

Tiblisi prospekti üzərindən hər birinin uzunluğu 70.92 metr olan iki aşırım hissə, Akademik Həsən Əliyev küçəsinin üzərindən isə uzunluğu 59,29 metr olan bir aşırım hissə keçməklə yeni yerüstü piyada keçidinin görünüşü üçbucaq şəkilindədir. Kənar dayaqlar və pilləkənlər dəmir-betondur.

Orta dayadlar metaldır və metal troslar vasitəsi ilə asılmaqla asma körpü görünüşünə oxşadılıb. Fiziki məhdudiyyətli vətəndaşların hərəkəti üçün bütün girişlərdə elektrik panduslar nəzərdə tutulub.

Hazırda tikintisi davam edən keçidlər aşağıdakılardır:

• Heydər Əliyev Prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsində yeraltı piyada keçidinin tikintisi;
• Qala-Pirallahı avtomobil yolunun km 3+600 hissəsində yerüstü piyada keçidinin tikintisi;
• Bakı şəhəri, Neapol küçəsində Heydər Əliyev parkının yanında yerüstü piyada keçidinin tikintisi;
• Moskva prospekti ilə 20 yanvar küçəsinin kəsişməsində yerüstü piyada keçidinin tikintisi;
• Mərdəkan-Zaqulba yolunda, köhnə "Mərdəkan Broyler"in yaxınlığında yerüstü piyada keçidinin tikintisi;
• M-2 Bakı-Ələt avtomobil yolunun 39-cu kilometrliyində yerüstü piyada keçidinin tikintisi;
• Hökməli dairəsində yerüstü piyada keçidinin tikintisi;
• Ceyranbatan qəsəbəsində ( 27+700 km) yerüstü piyada keçidininin tikintisi;
• Azadlıq prospekti, Baku Electronics mağazasının yanında piyada keçidinin tikintisi