Bakı-Şamaxı yolundna istifadə edənləri sevindirən xəbər

11 Fevral, 2019 13:10 | Sosial | Baxış sayı: 94
Sürət həddi
Sürət həddi

Yolda sürət həddi artırılır

Bakı-Şamaxı avtomobil yolunda hərəkət sürəti artırılır. Avtomobil Yolları Dövlət Agentliyindən İstiPress-ə verilən məlumata görə, agentlik tərəfindən Bakı-Şamaxı-Yevlax (M3) avtomobil yolunda tələb olunan yerlərdə nəqliyyat vasitələrinin maksimum hərəkət sürətinin aşağı və yaxud yuxarı həddə tənzimlənməsi ilə əlaqədar olaraq yol nişanlarının quraşdırılması işlərinə başlanılıb. Bu işlər avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi idarəsinin müraciəti əsasında aparılır. 

Belə ki, Bakı-Şamaxı-Yevlax (M3) avtomobil yolunun 28-101-ci km-lik hissəsində 90 km/saat yol nişanları 110 km/saat yol nişanları ilə əvəz edilir.

Sözügedən işlər 12 fevral tarixində axşam saatlarında yekunlaşdırılacaq. Bu üzdən sürücülərdən işlərinin aparıldığı müddət ərzində sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.