Moskvada azərbaycanlıların məscidi bağlandı

11 Yanvar, 2019 14:31 | Sosial | Baxış sayı: 120
Moskvada azərbaycanlıların yığışdığı məscid
Moskvada azərbaycanlıların yığışdığı məscid

Rusiya Federasiyasının paytaxtı Moskvanın Otradnıy rayonunda azərbaycanlılara məxsus “İnam” cümə məscidi bağlanıb və cümə namazına heç kim buraxılmır.

IstiPress-in məlumat;na görə, məscid onu azərbaycanlılara icarəyə verən tatar mənşəli Rəşid adlı sahibi tərəfindən bağlanıb.

Hazırda məscidin qarşısında buna etiraz edən azərbaycanlı inanclılarla görüşə gəlməyən sahibi bağlamağına səbəb olaraq icarə haqqının onu qane etmədiyi ismarıcını göndərib.

Hazırda polis məscidin ətrafını nəzarətə götürüb, hər hansı qarşıdurmanın baş verməməsi üçün keşik çəkir.

Qeyd edək ki, “İnam” məscidi azərbaycanlı dindarların Moskvada toplaşdığı yeganə məsciddir.