Bakı-Sumqayıt qatarı 2 gün işləməyəcək

11 Yanvar, 2019 10:05 | Sosial | Baxış sayı: 105
Sumqayıt qatarı
Sumqayıt qatarı

Qatarların hərəkəti ləğv edilib

Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkəti ləğv edilir. Qatar 12-13 yanvar tarixlərində fəaliyyət göstərməyəcək. 

Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.

Məlumata görə, qatar reysinin ləğv edilməsi Sumqayıt sərnişin stansiyasının tək və cüt yollarında aparılan təmir-bərpa işləri ilə əlaqədardır.