924 nəfər qidadan zəhərlənib, 2 nəfər ölüb

11 Yanvar, 2017 11:14 | Sosial | Baxış sayı: 29
Xəstəxana
Xəstəxana

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi açıqlama verib

2016-cı il ərzində Azərbaycanda 625 qida zəhərlənməsi hadisəsi baş verib, 924 nəfər zərər çəkib. İstiPress-in xəbərinə görə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi bu barədə illik hesabat açıqlayıb.

Hesabata görə, ötən il 36 botulizm hadisəsi nəticəsində 55 nəfər zəhərlənib. Qida zəhərlənmələrindən 2 nəfər vəfat edib.

Ötən ilin dekabr ayında isə baş verən 24 qida zəhərlənməsi halı nəticəsində 37 nəfərin zərər çəkdiyi, 3 botulizm hadisəsi nəticəsində 9 nəfərin zəhərləndiyi açıqlanıb.