Türkiyə Rusiyanın koronavirus peyvəndindən imtina etdi - SƏBƏB

10 Dekabr, 2020 12:14 | Sosial | Baxış sayı: 128
Rusiyanın koronavirus əleyhinə vaksini
Rusiyanın koronavirus əleyhinə vaksini

Türkiyə zəruri laboratoriya praktikasına cavab vermədiyi üçün koronavirusa qarşı Rusiyanın istehsal etdiyi peyvəndi almayacaq.

İstiPress-in “RİA Novosti”yə istinadən məlumatına görə, bu sözləri Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca deyib.

“Problem burasındadır ki, Rusiyanın peyvəndi lazımi laboratoriya praktikasına cavab vermir, bu səbəbdən də maraq dairəmizdən çıxarılıb”, - deyə türkiyəli nazir bildirib.