Gənc ana doğuş zamanı öldü

10 Noyabr, 2019 12:20 | Sosial | Baxış sayı: 158
Doğuş
Doğuş

Dünyaya gələn körpə mərhumun ikinci övladıdır

Yevlaxda doğuş zamanı ana ölümü faktı qeydə alınıb.

İsti məlumatına görə, hadisə Yevlax rayon Mərkəzi Xəstəxanasında baş verib. 23 yaşlı Tanrıqulular kənd sakini Gülanə Həmzəyeva qız uşağı dünyaya gətirərkən həyatını itirib.

Dünyaya gələn körpə mərhumun ikinci övladıdır.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır.