Bu gecə leysan olub

10 Noyabr, 2017 10:40 | Sosial | Baxış sayı: 171
Yağış
Yağış

Ən çox yağıntı düşən yerlər açıqlandı

Azərbaycanda noyabrın 9-u gündüzdən 10-u səhərədək müşahidə olunmuş faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən İstiPress-ə verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində noyabrın 9-u gündüzdən 10-u səhərədək qeyri-sabit hava şəraiti davam edib, yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 6-21, Lənkəran-Astara zonasında 4-52, Böyük Qafqazda 2-21, Mərkəzi Aran rayonlarında 3-19, Kiçik Qafqazda 5-6, Qazax-Gəncə zonasında 1-11, Naxçıvan MR-da 3-16 mm olub.