Noyabrda 3 gün ardıcıl iş yoxdur

10 Oktyabr, 2019 10:05 | Sosial | Baxış sayı: 270
Təqvim
Təqvim

Bayraq günü şənbəyə təsadüf edir

Azərbaycanda noyabr ayında 1 bayramla əlaqədar olaraq 3 gün ardıcıl iş olmayacaq. Belə ki, ayın 9-da ölkədə Dövlət Bayrağı günü qeyd edilir. Həmin gün qeyri-iş günü hesab edilir.

Lakin bayram şənbə gününə təsadüf edir. Əmək məcəlləsinə görə, bunun üçün də növbəti həftənin ilk iş günü, yəni 11 noyabrda qeyri-iş günü hesab ediləcək. 

Beləliklə, ardıcıl 3 gün - noyabrın 9-i, 10-u (bazar günü), 11-i iş olmayacaq.