Yol polisinin maaşı artdı - cərimənin 25 faizi...

10 Oktyabr, 2018 08:25 | Sosial | Baxış sayı: 141
Yol polisi
Yol polisi

“Yol hərəkəti haqqında” qanunun bəzi qərarlarında dəyişikliklər edilib

Nazirlər Kabineti “Yol hərəkəti haqqında” Qanunda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli Qanununun icrası ilə əlaqədar bəzi qərarlarda dəyişikliklər edib. Bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Dəyişikliklərdən birində Bakı Nəqliyyat Agentliyinin səlahiyyətləri genişləndirilib. “Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət uçotunun aparılması, məlumat uçotlarının istifadəsi və hesabat məlumatlarının formalaşdırılması Qaydaları”na edilən dəyişikliyə əsasən yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət uçotunun aparılması Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Nəqliyyat Nazirliyi, dövlət Statistika Komitəsi ilə yanaşı, Bakı şəhərinin inzibati ərazisində isə Bakı Nəqliyyat Agentliyi tərəfindən yol-hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi işinin təşkilini və tətbiqinin təmin etmək məqsədi ilə aparılacaq.

Eyni zamanda “Avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması və təmiri Qaydaları”nda da dəyişikliklər edilib. Avtomobil yollarının tikintisinə və yenidən qurulmasına dair birtipli və ya fərdi layihələr bu sahədə mövcud qanunvericiliyə və normativ texniki sənədlərin tələblərinə uyğunluğu baxımından Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi orqandan ekspertizadan keçirilməli və onlarla razılaşdırılmalıdır.

Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydalarının pozulmasına görə Daxili İşlər Nazirliyi tərəfindən İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən, nəqliyyat vasitələrinin müşayiət olunması və haqqı ödənilən digər əlavə xidmətlərdən Daxili İşlər Nazirliyinin “Yol hərəkəti haqqında” Qanunun 23-cü maddəsinin II hissəsinə əsasən müəyyən edilən hesabına köçürülən vəsaitin 25 faizi DİN-in yol patrul xidmətini həyata keçirən və yol hərəkətinin tənzimlənməsinə cəlb olunan əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavələrin verilməsi üçün istifadə olunur.

Dəyişikliyə əsasən yol polisi avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tərtib etdiyi protokollar tərtib edəcək. Vəsaitdən yol patrul xidmətini həyata keçirən hər bir əməkdaşın aylıq vəzifə maaşına xidmət zamanı bilavasitə aşkarladığı yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara, habelə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tərtib etdiyi protokollardan daxil olan cərimələrin məbləğinin 25 faizi miqdarında əlavə edilir.