Xəzər sahillərində dağıdıcı daşqınlar - 5 nəfər ölüb

10 Oktyabr, 2018 18:57 | Sosial | Baxış sayı: 155
Mazandaranda daşqınlar
Mazandaranda daşqınlar

Daşqınlar zamanı 2650 evə ciddi ziyan dəyib

İranın Xəzər dənizi sahilində yerləşən Mazandaran ostanında baş verən daşqınlar ümumilikdə ölkəyə 7 trilyon rial (116 milyon dollar) ziyan vurub.

İstiPress-in məlumatına görə, ümumiyyətlə daşqınlar həmçinin Gilan, Qolestan, Şimali Xorasan, İsfahan və Yəzd ostanlarında da qeydə alınıb, infrastruktur obyektlərini, yaşayış evlərini, yolları və kənd təsərrüfatını dağıdıb.

Daşqınlara ötən həftə yağan güclü yağışlar səbəb olub. Təbiət hadisəsi zamanı azı beş nəfər ölüb.

Vilayətin qubernatoru Məhəmməd Eslaminin sözlərinə görə, daşqınlar zamanı 2650 evə ciddi ziyan dəyib, onlardan 82-si tamamilə dağılıb.