Sabah Bakıda yenə yağış gözlənilir

10 Oktyabr, 2018 13:00 | Sosial | Baxış sayı: 99
Yağmurlu hava
Yağmurlu hava

Paytaxtdakı cənub-şərq küləyi axşam şimal küləyi ilə əvəz olunacaq

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 11-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi axşam şimal küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 15-17, gündüz 20-24, Bakıda gecə 15-17, gündüz 22-24 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-17, gündüz 20-25, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti təşkil edəcək