Yerə güclü maqnit qasırğası gəlir

10 Oktyabr, 2017 13:55 | Sosial | Baxış sayı: 177
Günəşdə partlayış
Günəşdə partlayış

Qasırğa 11-15 oktyabrda hiss ediləcək

Yer kürəsində güclü maqnit qasırğası başlayır. İstiPress-in məlumatına görə, bu barədə Rusiyanın "Fobos" hava mərkəzi məlumat yayıb. Qasırğa oktyabrın 13-də başlayacaq və 14-də də davam edəcək. 

"Yaxın günlərdə Günəşdəki partlayışların yelinin növbəti dalğası yerə çatacaq. Bu isə maqnit qasırğasına səbəb olacaq", deyə mərkəzdən bildirilib.

Qasırğanın təsiri 11,12 və 15 oktyabrda da hiss edilə bilər. 

Maqnit qasırğası rabitə vasitələri, elektrik cihazlarının da işinə təsir edə bilər. Məhz bu zaman texniki nasazlıq və narahatlıq halları ehtimalı daha da artır.