AZAL 6 "Boeing" alır

10 Oktyabr, 2017 11:22 | Sosial | Baxış sayı: 6
AZAL-ın Boeing 787-8 Dreamliner təyyarəsi
AZAL-ın Boeing 787-8 Dreamliner təyyarəsi

Onlardan 4-ü "Dreamliner" olacaq

"AZAL 6 "Boeing" təyyarəsi alacaq". Bunu "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) sədri Cahangir Əsgərov deyib. "Hazırda Azərbaycan mülki aviasiyasında "Boeing 747", "Boeing 787", "Boeing 767", "Airbus 340", "Airbus 320", "Airbus 319" və "Embraer 190" tipli təyyarələr mövcuddur. Eyni zamanda, bunu da qeyd etmək istərdim ki, 10 ədəd ən müasir "Boeing 737 MAX" təyyarəsinin alınması üçün saziş imzalamışıq. Həmin təyyarələri 2018-ci ildən etibarən istismara verəcəyik".

O, bildirib ki, AZAL 4 ədəd "Boeing 787 Dreamliner" və 2 ədəd "Boeing 747-8 F" tipli təyyarələrin alınması üzrə hazırlıq işləri aparır: "Bu ilin sonuna kimi müqavilə imzalayacağıq".