Yeni liseylərdə oxumaq istəyənlər imtahan verdi

10 Sentyabr, 2019 16:27 | Sosial | Baxış sayı: 123
Birinci sinif
Birinci sinif

Liseylər Gəncə, Şirvan, Şəki və Qubada açılacaq

Sentyabrın 10-da Gəncə, Şirvan, Şəki və Qubada yeni açılacaq lisey siniflərinə qəbul imtahanları keçirilib.

Təhsil Nazirliyindən verilən məlumata görə, qəbul imtahanları riyaziyyat və Azərbaycan dili üzrə fənn tapşırıqları, eləcə də məntiq suallarından ibarət olmaqla test üsulu ilə təşkil edilib.

İmtahanlarda Gəncə şəhəri üzrə 423, Şirvan şəhəri üzrə 180, Şəki şəhəri üzrə 197 və Quba rayonu üzrə 358 nəfər olmaqla ümumilikdə 1 158 şagird iştirak edib.

Nəticələr yaxın günlərdə elan ediləcək.