İş axtaran müəllimlərin qəbulu başlayır

10 Sentyabr, 2019 09:10 | Sosial | Baxış sayı: 384
Müəllim
Müəllim

İmtahandan keçən müəllimlər ikinci iş yeri kimi də seçim edə bilərlər

Bu gündən müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbuluna start verilir. Təhsil Nazirliyindən İstiPress-ə verilən məlumata görə, müddətli müqavilə ilə müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada miq.edu.az saytı vasitəsilə həyata keçiriləcək.

Bu prosesdə builki müsabiqədə vakant yer tutmayan, 2018 və ya 2019-cu il üzrə işə qəbul imtahanı nəticəsi olan şəxslər iştirak edə bilərlər. Müəllimlərin işə qəbulu üzrə builki müsabiqəyə qatılan namizədlər şəxsi səhifələrinə daxil olmaqla vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər.

Ötənilki müsabiqəyə qatılan, lakin builki müsabiqədə elektron sənəd qəbulu zamanı iştirak etməyən namizədlər yenidən qeydiyyatdan keçdikdən sonra vakant yer seçərək ərizələrini təsdiqləməlidirlər.

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu zamanı namizədlər dörd vakant yer seçə bilərlər.

Müəllimlərin işə qəbulu üzrə ötənilki müsabiqədə uğur qazanmış müəllimlər də ikinci iş yerində müddətli müqavilə ilə işləmək məqsədi ilə sözügedən prosesdə iştirak edə bilərlər.