Bu gündən bayram tətili başlayır

10 Avqust, 2019 09:00 | Sosial | Baxış sayı: 101
Təqvim
Təqvim

Beş günlük qrafiklə çalışanlarda 4 gün ardıcıl iş olmayacaq

Bu gündən Azərbaycanda 4 günlük tətil günləri başlayır. Avqust ayının 12-13-də ölkə ərazisində Qurban bayramı qeyd ediləcək.

Avqustun 10-u şənbə, 11-i bazar gününə təsadüf edir. Nəticədə beş günlük iş qrafiki ilə çalışanlar dörd gün ardıcıl şəkildə istirahət edə biləcəklər.  

Yeni həftənin ilk iş günü isə avqustun 14-nə təsadüf edəcək.