Tramvay Bakıya qayıdır?

10 Avqust, 2018 12:02 | Sosial | Baxış sayı: 323
Tramvay
Tramvay

Dünya təcrübəsi araşdırılacaq

Bakıda tramvaylar bərpa edilə bilər. Bununla bağlı aidiyyatı dövlət qurumları ilə müzakirələr aparılacaq. bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev bildirib. O,hələlik bu barədə dəqiq fikir söyləməyin tez olduğunu qeyd edib.

“İndiki mərhələdə bu barədə dəqiq fikir söyləmək tezdir”. Komitə sədri bildirib ki, Bakıdakı mövcud vəziyyət və dünya təcrübəsi araşdırılaraq uyğun qərar veriləcək.

Xatırladaq ki, bu gün Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə Şəhərsalma və Arxitektura Komitəsi arasında Əməkdaşlıq Memorandumunun imzalanma mərasimi olub.