Bakı aeroportunda böyük problem - FOTO

10 Avqust, 2018 15:25 | Sosial | Baxış sayı: 210
Bakı aeroportunda sərhəddən keçməklə bağlı problem yaranıb
Bakı aeroportunda sərhəddən keçməklə bağlı problem yaranıb

Təxminən, 1 saatdır ki, Heydər ƏliyevBeynəlxalq Aeroportundan Azərbaycana daxil olmaq istəyən yerli və xarici vətəndaşlar problemlə üzləşiblər.

İstiPress-in məlumatına görə, sərnişlərin “Report”a bildiriblər ki, insanlar sərhəd-buraxılış məntəqəsindən keçə bilmirlər.

Buna səbəb aeroportda vətəndaşların qeydiyyatı üçün istifadə olunan proqram təminatının donmasıdır. 

Məsələ ilə bağlı Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən "Report"a bildirilib ki, hava limanının rabitə qovşağında aparılan profilaktik işlərlə əlaqədar vətəndaşların qeydiyyatı sisteminin fəaliyyətində 20 dəqiqəlik fasilə yaranıb.