Azərbaycanın qonşusuna avqustda qar yağdı

10 Avqust, 2018 11:33 | Sosial | Baxış sayı: 113
Qarlı dağlar
Qarlı dağlar

Qarlı dağların görüntüsünü turistlər paylaşıb

Azərbaycanın qərb qonşusu olan Gürcüstana avqusta ayında qar yağıb. İstiPress-in gürcü mətbuatına istinadla verdiyi məlumata görə, yağıntı ölkənin şimalındakı dağ massivində - Kazbek rayonunda qeydə alınıb. Turistlər üçün çadır düşərgəsi qurulan qarlı dağların fotosu internetdə yerləşdirilib. 

Ətraf mühit milli agentliyi dəniz səviyyəsindən 3,6 min metr hündürlükdə olan ərazidə qar yağmasında təəccüblü heç nə görmür. "Bu hündürlükdə donmalar, qısa müddətli yağıntılar adi haldır". 

Xatırladaq ki, Gürcüstanda da avqustun 12-nə kimi havanın sərin, yağıntılı keçəcəyi proqnozlaşdırılır.