TƏCİLİ: Bak-Sumqayıt qatarı yolda qaldı

10 Avqust, 2017 20:03 | Sosial | Baxış sayı: 196
Bakı-Sumqayıt-Bakı elektrik qatarları
Bakı-Sumqayıt-Bakı elektrik qatarları

Qatar artıq 30 dəqiqədir hərəkət etmir

Bakı-Sumqayıt elektrik qatarının hərəkətində problem yaşanıb. İstiPress xəbər verir ki, saat 18:55-də Bakıdan yola düşən qatar yolda qalıb. Qatar artıq 30 dəqiqədir hərəkət etmir.

Hadisəyə texniki nasazlığın səbəb olduğu və qatarın hərəkətinin tezliklə bərpa olunacağı bildirilir.