Bakını toz bürüdü

10 Avqust, 2017 15:00 | Sosial | Baxış sayı: 163
Toz dumanı (Arxiv)
Toz dumanı (Arxiv)

Tozun miqdarı sanitar normanı keçib

Havada müşahidə olunan toz lokal xarakter daşıyır. Bu barədə İstiPress-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ETSN-nin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin məlumatına əsasən 2017-ci il avqust ayının 10-da səhər saatlarından başlayan güclü şimal küləyi nəticəsində paytaxtın bəzi yerlərində havada tozun miqdarının sanitar normanı bir neçə dəfə keçdiyi müşahidə edilib. Buna səbəb yer səthindən tozun havaya qalxması olub. Havadan götürülmüş toz nümunələrində fiziki-kimyəvi analizlər aparılıb. Analizlərin nəticələri tozun tərkibində hər hansı kimyəvi maddənin olmadığını göstərib. Monitorinq nəticələrinə əsasən tozun miqdarının artması lokal xarakter daşıyır.