Bakıda isti hava rekord vurdu

10 Avqust, 2017 10:13 | Sosial | Baxış sayı: 299
Termometr
Termometr

Son dəfə belə qızmar hava iki il qabaq olub

Avqustun 9-da müşahidə olunmuş faktiki hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən İstiPress-ə verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi bir neçə gün davam edən anomal isti hava şəraitindən sonra avqustun 9-da Abşeron yarımadasında 40-41, Bakıda isə 43 dərəcə isti qeydə alınıb.

Bu da 2015-ci il avqustun 2-də müşahidə olunmuş 41 dərəcə rekord göstəricisinin təzələnməsinə səbəb olub.

Əksər rayonlarda havanın maksimal temperaturu 35-40, bəzi yerlərdə 43 dərəcəyədək isti qeydə alınıb.

Qeyd edək ki, rekord istidən sonra bu gecədən hava sərinləyib. Avqustun 10-11-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcəyi gözlənilir.