İş var - AZAL stüardessa axtarır

10 Avqust, 2017 10:20 | Sosial | Baxış sayı: 780
Stüardessa
Stüardessa

Sənəd qəbulu bu gündən başlayır

Azərbaycan Hava Yollarının təyyarə bələdçiləri sırasına qoşulmaq istəyən xanımların nəzərinə!  AZAL xanımlar arasında təyyarə bələdçisi vəzifəsinə sənəd qəbulu elan edir. Qurumdan İstiPress-ə verilən məlumata görə, sənəd qəbulu avqustun 10-dan sentyabrın 10-dək saat 10.00-dan 12.00-a kimi aparılacaq. Namizədlər müsabiqə yolu ilə seçiləcəklər.

Müsabiqədə 18 yaşından 30 yaşınadək, boyu 165 sm-dən az və 180 sm-dən çox olmayan; Azərbaycan, rus, inglis və ya digər xarici dillərdə sərbəst danışmağı bacaran, xoş xarici görünüşə malik xanımlar iştirak edə bilər.

Müsabiqədə iştirak üçün aşağıdakı sənədlərin əsli və surətləri tələb olunur: 
- şəxsiyyət vəsiqəsi;
- bir fotoşəkil (3х4); 
- xarici pasport;
- diplom, tibbi və xarici dil sertifikatları (əgər mövcuddursa).

Bütün sənədlər “Azərbaycan Hava Yolları” QSC-nin Heydər Əliyev Beynəlxalq Hava Limanında yerləşən Personalla iş üzrə Baş İdarəsinə təqdim olunmalıdır. Əlaqə telefonları: 497-26-00 (daxili 24-04; 32-81; 20-74).

Stüardessa
Stüardessa