Azərbaycanda 526 nəfər koronavirusa yoluxub, 8 nəfər ölüb

10 İyul, 2020 17:27 | Sosial | Baxış sayı: 131
Koronavirisun evdə müalicəsi
Koronavirisun evdə müalicəsi

Azərbaycanda  526 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 502 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

İstiPress-in məlumatına görə, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.