Nəfəs kəsən istilər gəlir - XƏBƏRDARLIQ

10 İyul, 2018 14:12 | Sosial | Baxış sayı: 563
Yay havası
Yay havası

"Mümkün vasitələrdən istifadə etməyiniz məsləhtdir"

Bir necə gün davam edən küləkli hava şəraitindən sonra kəskin istilər geri qayıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti gözlənilən hava ilə bağlı xəbərdarlıq edib. 

Nazirlikdən İstiPress-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 11-12-də havanın maksimal temperaturunun 35-40 dərəcə olacağı gözlənilir. Anomal isti hava şəraiti ilə bağlı günorta saatlarında 11:00-17:00-dək günəş şüalarının birbaşa təsiri altında uzun müddət olmaq risklidir, günəş şüalarından qorunmaq üçün mümkün vasitələrdən istifadə etməyinizi tövsiyə edirik.

Azərbaycanın rayonlarında iyulun 11-dən və iyulun 13-dək hava şəraitinin anomal isti keçəcəyi, havanın maksimal temperaturunun 35-40, Naxçıvan MR-sı və Mərkəzi Aran rayonlarının bəzi yerlərində 41-43, dağlıq rayonlarda 28-33 dərəcəyədək yüksələcəyi gözlənilir.