Bakının bəzi yollarında problem var

10 İyul, 2018 16:35 | Sosial | Baxış sayı: 52
Yol Polisi
Yol Polisi

Nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Yasamal rayonu, M.A.Şərifzadə küçəsinin kəsişməsindən Əsəd Əhmədov küçəsinin (dairəvi yolunun) kəsişməsinə kimi olan hissədə üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır.

İstiPress-ə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən verilən məlumata görə, rənglənmə işləri axşam saatlarınadək yekunlaşdırılacaq.

Analoji işlər bu gün axşam saat 22:00-dan etibarən Bakı-Sumqayıt yolu, Xırdalan dairəsindən "Şamaxinka" dairəsinə kimi olan hissədə aparılacaq. Burda rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.

Bu səbəbdən sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.