Siqaretə tətbiq edilən verginin artırılması təklif olundu

10 İyul, 2017 14:22 | Sosial | Baxış sayı: 53
Siqaret
Siqaret

siqaretin qiymətinin artımı istehlakçıların sayına təsir edəcək

Dünya Bankının Azərbaycanda səfərdə olan nümayəndələri tütün məmulatlarına tətbiq edilən verginin artırılmasını məsləhət görüblər. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində keçirilən görüşdə siqaretin qiymətinin artırılması təklif olunub.

Bu barədə İstiPress-ə nazirlikdən məlumat veriblər.

Ekspertlər hesab ediblər ki, siqaretin qiymətinin artımı istehlakçıların sayına təsir edəcək. “İnsan resurslarının inkişafı departamentinin mütəxəssisi İrina Quban (Moldova) və səhiyyə iqtisadiyyatı üzrə ekspert Olena Doroşenko (Ukrayna) ilə görüş keçirildi. Onlara tütünlə mübarizə sahəsində görülən işlərlə bağlı məlumat verildi. Ekspertlər tütünə tətbiq edilən verginin artırılmasını təklif etdilər. Dünya təcrübəsi göstərir ki, verginin artırılması təxminən 10 faiz bahalaşmaya səbəb olur. Belə olduqda isə istehlak 4 faiz azalır”, - xəbərdə deyilir.

Qeyd edək ki, “Azərbaycan Respublikasının qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”sı tətbiq edilir.