Bu ölkədən də Bakıya birbaşa reyslər başlayıb

10 İyul, 2017 17:38 | Sosial | Baxış sayı: 126

İlk reys bu gün həyata keçirilib

Küveytin “Jazeera Airways” aviaşirkəti Bakıya birbaşa reyslər həyata keçirməyə başlayıb.

Bu barədə İstiPress-ə Heydər Əliyev Beynəlxalq hava limanından məlumat verilib.

Əl-Küveyt şəhərindən Bakıya ilk reys bu gün baş tutub.

Bu reyslər həftədə iki dəfə, bazar ertəsi və cümə günləri həyata keçiriləcək.

Qeyd edək ki, “Jazeera Airways” 2004-cü ildə yaradılıb və hər il 16 istiqamət üzrə 1,25 milyon sərnişinə xidmət göstərir.