Şagirdlərin buraxılış imtahanları ciddi nəzarət altındadır

10 İyun, 2020 14:33 | Sosial | Baxış sayı: 85

Xaçmazda iyunun 18-də keçiriləcək rayon üzrə 11-ci sinif şagirdlərinin buraxılış imtahanlarına geniş hazırlıq işləri görülür.

IstiPress-in şimal bürosunun məlumatına görə, rayonun ih başçısı Elnur Rzayev Xaçmazda imtahan mərkəzlərinin yerləşdiyi məktəblərə yerində baxış keçirib.

Rayon rəhbəri infeksiyasının yarada biləcəyi hər hansı təhlükənin vaxtında qarşısının alınmasını vurğulayıb. Elnur Rzayev binalarda mövcud olan sanitar qovşaqlar, mexaniki və təbii havalandırma, işıqlandırma, su-kanalizasiya sistemlərinin təmizlik və dezinfeksiyası, dəhlizlərdə əl dezinfektantları üçün dispenserlərin quraşdırılması kimi vacib ümumi şərtlərin yerinə yetirilmə səviyyəsi ilə maraqlanıb və bütün zəruri tədbirlərin yüksək səviyyədə görülməsi üçün tapşırıqlarını verib.

Rayon rəhbərinə hazırlıq işlərinin yüksək səviyyədə aparıldlğını bildirən Xaçmaz təhsil şöbəsinin müdiri Mədinə Nurməmmədova bu il rayonda 1519 nəfər məzunun buraxılış imtahanlarında iştirak edəcəyini söyləyib. Onun sözlərinə görə, koronavirus pandemiyası ilə bağlı yoluxmanın qarşısını almaq üçün imtahan mərkəzlərinin sayı 5-dən 11-ə çatdırılıb. Hər bir məzun bu dəfə skamyada tək oturacaq və bununla da sosial məsafə qorunacaq.

Xaçmazda onbirincilərin buraxılış imtahanı iyunun 18-də 11 istirahət mərkəzində keçiriləcək. İcra başçısı Elnur Rzayev bütün mərkəzlərə baş çəkib və qoyulan qaydalara ciddi əməl etməyi tapşırıb.