"Rusiyada onkoloji müalicə alıb, lakin müalicənin heç bir faydası olmayıb"
“Ege Hospital” bu klinikada baş vermiş ölüm hadisəsi ilə bağlı açıqlama yayıb.
İstiPress-in məlumatına görə, hospitaldan daxil olan açıqlamada deyilir ki, Rusiya vətəndaşı, 1958-ci il təvəllüdlü Yadrişnikova Lyudmila Timofeyevna 07.06.2019-cu il tarixində “Ege Hospital”ın təcili yardımına ürək dayanması diaqnozu ilə çox ağır vəziyyətdə çatdırılıb: “Peşəkar həkimlərin tibbi müdaxiləsi nəticəsində xəstənin ürək fəaliyyəti bərpa olunub. Lakin xəstənin ümumi vəziyyətinin çox ağır olması səbəbindən bir neçə saat sonra dünyasını dəyişib. Qeyd etmək istəyirik ki, müvafiq şəxsə “Ege Hospital”da heç bir əməliyyat icra olunmayıb.
Xatırladaq ki, Yadrişnikova Lyudmila Rusiyada onkoloji müalicə alıb, lakin müalicənin heç bir faydası olmadığından həmin şəxsə Rusiyada edilən tibbi müdaxilələr dayandırılıb”.
Ölüm faktı ilə bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.
Daşkəsəndə qarın hündüryülü 16 sm-ə çatıb
Qızlar gastroenterit ehtimalı ilə xəstəxanaya yerləşdirilmişdi
AQTA Bərdədə pendir hazırlayan sexi bağladı
Bir gündə 650 min ağac əkiləcək
Sosial mənzillərə ehtiyacı varsa yerli icra hakimiyyəti orqanlarında uçota alınmaq üçün müraciət oluna bilər