İş yerini dəyişmək istəyən müəllimlər üçün son gün

10 İyun, 2019 12:28 | Sosial | Baxış sayı: 128
İmtahan verən müəllimə
İmtahan verən müəllimə

Yerdəyişmə müsabiqəsinə elektron qeydiyyat bitir

Bu gün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə elektron sənəd qəbulu  başa çatır. Müsabiqədə iştirak etmək istəyən namizədlər bu gün saat 23:59-dək www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq qeydiyyatdan keçməlidirlər.

Müsabiqədə iştirak etmək üçün indiyədək 11 238 namizəd elektron qeydiyyatdan keçib,  4622 namizəd elektron ərizəsini təsdiqləyib, 96 namizədin müraciətinə isə mövcud səbəblərdən imtina verilib.

Qeyd olunan tarixədək ərizəsini təsdiqləmiş namizədlər elektron yerləşdirmədə iştirak edə biləcək.