Şimalda sərhəd əməliyyatı başa çatdı

10 İyun, 2018 13:25 | Sosial | Baxış sayı: 151
Rusiya - Azərbaycan sərhəddi - Dağıstan
Rusiya - Azərbaycan sərhəddi - Dağıstan

İyunun 4-dən Azərbaycan -Rusiya sərhədində yerləşən sərhədyanı rayonıarında başlayan"Sərhəd-sipər"əməliyyatı bu gün başa çatıb.

İstiPress-in şimal bürosunun məlumatına görə, Azərbaycanın Qusar, Quba, Xaçmaz, Şəki, Zaqatala, Balakən, Qəbələ rayonlarında keçirilən şərti əməliyyat Rusiyanın Dağıstan Respublikasının Azərbaycanla həmsərhəd olan rayonlarında - Axtı, Doqquzpara, Məhərrəmkənd rayonlarında da  baş tutub.

Azərbaycanla Rusiyanın DİN-lərinin birgə keçirdiyi əməliyyatlarda əsas məqsəd mütəşəkkil cinayətkarlığa, beynəlxalq terrorizmə, dini radikalizmə, narkobiznesə və s.birgə mübarizə aparmaqdır.

Əldə etdiyimiz məlumata görə, Qusar, Quba və Xaçmaz polis şöbələri əməliyyat çərçivəsində əhalidə olan  xeyli sulah-sursat toplayıb, axtarışda olanlar tutulub.