Bakıdan Gəncəyə sürət qatarı işləyəcək

10 İyun, 2018 15:55 | Sosial | Baxış sayı: 173
Stadler Rail Group qatarları
Stadler Rail Group qatarları

Bu ilin sonunadək Bakı və Gəncə şəhərləri arasında sürət qatarı istifadəyə veriləcək.

İstiPress-in məlumatına görə, bunu bu gün Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Bakıda keçirilən  Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı Sammitində çıxışında bildirib. E. Vəliyev deyib ki, bu, turistlərin Gəncəyə səfərini asanlaşadıcaq. 

Sürət qatarının Bakıdan Gəncəyə və əks istiqamətə təxminən 4 saata çatacağı planlşdırılır.  Sürət qatarına gediş haqqının 10-14 dollar və ya təqribən 20 manat olması nəzərdə tutulub.