Təhsil Nazirliyi hərəkətə keçdi - popkorn satan gəncə görə

10 May, 2019 09:43 | Sosial | Baxış sayı: 274
Popkorn satan gənc
Popkorn satan gənc

Deputatın keçiddən çıxartdırdığı popkorn satıcısı tapıldı

Təshil Nazirliyi deputataın keçiddən çıxartdırdığı popkorn sataıcı ilə bağlı hərəkətə keçib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bu barədə məlumat verib. Onun sözlərinə görə, həmin gəncə peşə məktəbində təhsil almaq imkanı yaradılacaq. 

"Bir neçə gündür Azneft Meydanının yaxınlığındakı keçiddə popkorn satan gənclə bağlı geniş müzakirələr aparılır. Təhsil Nazirliyi rəhbərliyinin tapşırığı ilə həmin gənci tapdıq. 

Seyfullayev İsrafil Vüqar oğlu 2002-ci ilin noyabrında Biləsuvar rayonunun Günəşli kəndində anadan olub. 17 yaşı var. 2017- ci ildə IX - cu sinfi, icbari təhsil mərhələsini bitirib. Hazırda təhsil almır, Binəqədidə yaşayır.

Əmək Məcəlləsi 15 yaşından sonra işləmək hüququ verir.
İsrafilin arzusuna uyğun olaraq peşə məktəbinə qəbul olunması üçün ona təklif ediləcək".