Hava soyuyur- qar yağacaq XƏBƏRDARLIQ

10 May, 2019 16:30 | Sosial | Baxış sayı: 426
Qarlı hava
Qarlı hava

Temperatur ötən günlərlə müqayisədə 8 dərəcə aşağı enəcək

Havanın temperaturu aşağı düşəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bu barədə bildirib. Onun sözlərinə görə,  mayın 11-də respublikanın rayonlarında arabir yağış yağacağı, gecə bəzi yerlərdə leysan xarakterli intensiv olacağı gözlənilir. Bəzi dağətəyi rayonlarda dolu düşəcəyi, Böyük Qafqazın yüksək dağlıq ərazilərində qar yağacağı ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur.

Mayın 11-də gündüz saatlarında əksər rayonlarda yağıntı tədricən kəsiləcək. Lakin mayın 12-13-də bəzi rayonlarda yenidən arabir yağıntılı hava şəraiti gözlənilir.

Bakıda və Abşeron yarımadasında mayın 11-də bəzi yerlərdə yağış yağacağı, 10-dan 11-nə keçən gecə bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz yağış tədricən kəsiləcək. Şimal-qərb küləyinin sürəti 10-15, arabir 18-23 m/s olacaq, axşama doğru mülayimləşərək 7-12 m/s təşkil edəcək. Mayın 12-də hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Havanın temperaturu 26 dərəcəyədək yüksələcək.