Bakının küçələri rənglənir

10 May, 2019 14:03 | Sosial | Baxış sayı: 47
Yol təmiri
Yol təmiri

Müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur

Bakı şəhəri, 28 may və Aleksandr Puşkin küçələrində saat 22:00-dan səhər saatlarına kimi üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, məqsəd avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsidir.

Sürücülərdən qeyd olunan müddət ərzində sözügedən küçələr boyu hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.