DYP sürücülərə müraciət etdi

10 May, 2018 18:10 | Sosial | Baxış sayı: 90
DYP avtopatrul avtomobili
DYP avtopatrul avtomobili

Daxili İşlər Nazirliyinin(DYP) Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib. 

İstiPress-in məlumatına görə, müraciətdə deyilir:

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarının diqqətinə çatdırır ki, vətəndaşlar müraciətlərinə operativ baxılması üçün DYP-nin dyp.gov.az internet saytına və “902 Qaynar xətt” mərkəzinə sutkanın bütün vaxtlarında müraciət edə bilərlər.

İdarədən bildirilib ki, müraciətlərə rəhbərliyin nəzarətilə operativ qaydada baxılır və tez bir zamanda cavab verilir: “Xidmətimizdən istifadə edə bilərsiniz”.