Virus belə yayılır VİDEO

10 Aprel, 2020 12:33 | Sosial | Baxış sayı: 202
Koronavirus
Koronavirus

Finlandiyalı alimlər super komputerdən istifadə edərək stimulyasiya hazırlayıblar

Finlandiya dünyanı cənginə alan koronavirusun yayılma sürəti ilə bağlı yeni araşdırma aparıb. Aalto Universitetinin araşdırmasında asqırma və öskürəkdən sonra ətrafa saçılan mikrodamlaların uzun müddət qapalı məkanlarda necə havada qaldıqları əks edilib. Elm adamları bunu görüntülü formada da təqdim ediblər. Stimulyasiya supek komputerdən istifadə edilərək 3D formatında hazırlanıb. 

3D görüntülərdə virusun supermarketlərdə necə yayıldığı əks edilib. Bir koronoavirus daşıyıcısı asqırdıqdan snra  mikrodamlalar dəqiqələr boyunca havada asılı qalır və 3 kvadrat metr əraziyə yayılırlar. Xəstə həmin məkandan çıxandan sonra belə onun törətdiyi təhlükə davam edir. 

Bununlada onlar koronavirusu daşıyan aerosol parçalarının havada düşünüldüyündən daha uzun müddət qala bildiklərini qeyd ediblər. Fin alimlər qapalı məkanlarda, insanların çox olduqları yerlərdə mümkün qədər az qalmağı, çox ehtiyac yaranmadıqca evdən çıxmamağı tövsiyyə edirlər.