Sabahın havası - qar, yağış və duman

10 Aprel, 2020 13:28 | Sosial | Baxış sayı: 75
Hava proqnozu
Hava proqnozu

Bəzi yerlərdə temperatur 18 dərəcəyə çatacaq

Şənbə günü ölkə ərazisində yağmursuz hava olacaq. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən aprelin 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi  gözlənilir. Səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu  Abşeron yarımadasında gecə 6-9, gündüz  12-16, Bakıda  gecə 7-9, gündüz 14-16 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 50-55 faiz təşkil edəcək.

Aprelin 11-də Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq, qərb  küləyi əsəcək.

Havanın temperaturu  gecə 4-9, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz  0-5 dərəcə isti  olacaq.

Aprelin 11-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü  meteohəssas insanlar üçün əsasən əlverişlidir.