Müəllimlərin qəbulu başlayır

10 Aprel, 2019 14:33 | Sosial | Baxış sayı: 636
Təhsil İdarəsi
Təhsil İdarəsi

Səyyar qəbulda valideynlər də iştirak edəcək

Yasamal, Səbail və Qaradağ rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək. Bakı Şəhər üzrə Təhsil İdarəsindən verilən məlumata görə, qəbul aprelin 12-də olacaq. 

Səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.

Bakıdakı 308 nömrəli tam orta məktəbdə (Ünvan: Yeni Yasamal 2-ci massiv, Ə.Əhmədov küçəsi) təşkil olunacaq səyyar qəbul saat 10:00-da başlayacaq.

Səyyar qəbulda müəllim və valideynlərin müraciətləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən dinləniləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcək.