Moskvaya uçan təyyarəni ildırım vurdu

10 Aprel, 2019 17:38 | Sosial | Baxış sayı: 1953

Rusiya Aviasiya İdarəsi məlumat yaydı

“Şeremetyevo” hava limanında eniş etmiş təyyarəni ildırım vurub.

İstiPress-in "İnterfaks"a istinadən məlumatına görə, hadisə ilə bağlı Rusiya Aviasiya İdarəsinin mətbuat xidməti xəbər yayıb.

Bildirilir ki, hadisə axşam saatlarında Nyu York - Moskva reysi üzrə hərəkət edən təyyarə eniş edərkən – 3 kilometr yüksəklikdə baş verib.

"Airbus 330" buna rəğmən uğurla eniş həyata keçirib. Təyyarənin göyərtəsində olanlardan xəsarət alan olmayıb.

Hazırda təyyarə mütəxəssislər tərəfindən yoxlanılır.