Azərbaycanda 6 yaşlı uşağı olanların nəzərinə!

10 Mart, 2020 08:29 | Sosial | Baxış sayı: 626
Birinci sinif
Birinci sinif

Saat 11:00-dan etibarən I sinfə qeydiyyat başlayır

2020-2021‬-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçiriləcək.

Bu barədə məlumat İstiPress-ə Təhsil Nazirliyindən verilib. Martın 10-u saat 11:00-dən etibarən məktəbəhazırlıq qruplarına cəlb olunmamış uşaqların valideynləri sistemdə ilk dəfə elektron qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalıdır.

Martın 13-ü saat 11:00-dən etibarən valideynlər məktəb seçimini həyata keçirə bilərlər.