Rayonlara qar nə vaxta kimi yağacaq?

10 Fevral, 2020 08:53 | Sosial | Baxış sayı: 99
Qarlı hava
Qarlı hava

Bu gün də bəzi ərazilər donacaq - 22° şaxta

Bu gündən başlayaraq qarlı və küləkli hava şəraiti nisbətən mülayimləşəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, fevralın 10-da küləyin sürəti axşama doğru 15-18 m/s, arabir 20-23 m/s olacaq. Havanın temperaturu 0-3° şaxta, gündüz 1-3° isti olacaq. Şəhərətrafı yolların buz bağlama ehtimalı var.

Azərbaycanın rayonlarında arabir qar yağacağı gözlənilir. Gündüz qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman olacaq.

Qərb küləyinin sürəti 10-15 m/s, arabir 18-23 m/s, gecə və səhər ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 5-10°, yüksək dağlıq ərazilərdə 17-22° şaxta, gündüz 3-8° şaxta olacaq.