Azərbaycanda bu kəndə yarım metr qar yağdı FOTOLAR

10 Fevral, 2020 11:40 | Sosial | Baxış sayı: 417
Qarlı hava
Qarlı hava

Qubanın kəndləri dondu - 22 dərəcə şaxta olub

Qarlı və şaxtalı hava şəraiti bu gecə də davam edib. İstiPress-in Şimal bürosunun məlumatına görə, Qubada qarın hündürlüyü yarım metrə çatıb. Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən verilən məlumata görə, rekord həcmdə qar Xınalıq kəndinə düşüb. Xınalıq kənd sakinlərinin verdiyi məlumata görə, bəzi yerlərdə qar örtüyünün hündürlüyü bundan da çoxdur. 

Adıçəkilən kənddə -18 dərəcə şaxta qeydə alınıb. Qrızda isə daha soyuq olub - 22 dərəcə. Qarın hündürlüyü bu kənddə 42 sm-dir. 

Xızının Altıağac qəsəbəsində 28 sm qar,10.09.dərəcə şaxta müşahidə olunub.

Dağlıq Quba-Qusar rayonlarının avtomobil yolları da buz bağlayıb. Nəqliyyatın hərəkəti çətinləşib.

Dünən güclü qar və küləyin yola sovurduğu qar nəticəsində bağlanmış Quba-Xınalıq yolunun tam açılması üçün yol təsərrüfatı işçiləri yenidən işə başlayıblar. Quba yol istismarı idarəsinin rəisi Gülağa Əliyev bildirir ki, axşam saatlarında təhlükəli olduğundan təmizləmək mümkün olmayıb. "Xınalıq yolu hazırda bağlı deyil, bir cığır açılıb. Yolun tam  açılması gün ərzində başa çatdırılacaq".