Rusiya patriarxı Qubada ermənilərin törətdiyi soyqırımı pislədi

10 Fevral, 2019 15:25 | Sosial | Baxış sayı: 220
Kiril - Rusiya patriarxı
Kiril - Rusiya patriarxı

Patriarx Kiril qeyri-rəsmi olaraq Qubaya səfər edib

Azərbaycanda rəsmi səfərdə olmuş bütün Rusiyanın patriarxı Kiril qeyri-rəsmi olaraq Qubaya səfər edib.

İstiPress-in şimal bürosunun məlumatına görə, Patriarx Quba şəhərində ermənilər tərəfindən vəhşicəsinə öldürülən dinc insanların uyuduğu kütləvi məzarlıqda - Soyqırım Memorial Kompleksində olub.

Rus dini liderinə məzarlıq barədə geniş məlumat verilib. Bildirilib ki, 1918-ci ildə ermənilərin Quba qəzasına basqını zamanı ümumilikdə 16 mindən çox dinc əhali qətlə yetirilib, evlər dağıdılıb, məscidlər yandırılıb. Patriarx Kirilə məlumat verilib ki, bu kütləvi məzarlıq 2007-ci ildə təsadüfi qazıntı zamanı aşkar edilib, arxeoloji qazıntı zamanı burada cavan, yaşlı, uşaq, qadın və kişilərin vəhşicəsinə güllə-boran edildiyi məlum olub.

Eşitdiklərindən və görüntülərdən dəhşətə gələn rus patriarx dinc insanların xüsusi amansızlıqla öldürülməsinə çox sarsıldığını bildirib. Qeyd edib ki, din zorakılığı qəti sevmir. Dində günahsız insanların vəhşicəsinə qətlə yetirilməsinin yolverilməz olduğunu söyləyən Kiril ermənilərin Qubada bu cür qanlı faciə törətməsinin bütün çılpaqlığı ilə qətliam törətməsini, onların illərdən bəri azərbaycanlılara qarşı məkrli siyasət aparmasını qəti yolverilməz olduğunu dilə gətirib və pisləyib.

Rusiyanın patriaxı Kiril Quba məzarlığında ilk dəfə idi ki olurdu.