Bakı yaxınlığında güclü yanğın - Bir neçə ev yandı

10 Fevral, 2019 14:57 | Sosial | Baxış sayı: 132
Yanğın
Yanğın

Əvvəllər həmin evlərdə məcburi köçkünlərin məskunlaşdığı bildirilir

Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində güclü yanğın baş verib.

İstiPress FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 600 m² olan birmərtəbəli, taxta konstruksiyalardan ibarət evlərin yanar konstruksiyaları 300 m² sahədə yanıb.

Nazirlikdən əvvəllər həmin evlərdə məcburi köçkünlərin məskunlaşdığı, hazırda yaşayış olmadığı bildirilib.

Yanğının səbəbi bilinmir.