Sabah da qar yağacaq

10 Fevral, 2018 13:30 | Sosial | Baxış sayı: 248
Qarlı hava
Qarlı hava

İstirahət günü gözlənilən hava

İstirahət günü ölkə ərazisində buludlu hava davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən İstiPress-ə verilən məlumata görə, fevralın 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və axşam bəzi yerlərdə çiskinli olacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 2-4, gündüz 7-10, Bakıda gecə 2-4, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayolarında yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-5, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.